“DQR”in müstəqilliyinin tanıması yaxud özünə birləşdirməsi halında Ermənistan Azərbaycan üçün yeni qapı açacaq.
Bu açıqlama ilə MDB ölkələri üzrə Institutun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov çıxış edib.
“Ermənistan “DQR”in müstəqilliyini o zaman tanıya bilər ki, tamamilə baş yolu qalmasın. Bu halda Azərbaycan danışıqlar prosesindən çıxacaq. ATƏT-in Minsk qrupu nizamlama mandatından məhrum olacaq” – Markarov belə deyib.
Politoloqun fikrinə görə, “DQR”in tanınması ilə separatçı respublika tamamilə fərqli beynəlxalq subyekt statusu qazanacaq. Bu o demək olacaq ki, prosesi davam etdirmək üçün Ermənistanın başqa variantı qalmayıb.
Xatırladaq ki, Ermənistan hökuməti 5 mayda “DQR”in tanınması ilə bağlı qanun layihəsini parlamentə çıxarmağa hazırlaşır.
Cia.az
