Rusiyanın yenicə istifadəyə verdiyi “Vostoçnıy” kosmodromundan kosmosa qaldırılmış SamSat-218 süni peyki ilə əlaqə qurula bilmir.
Bu barədə adının açıqlanmasını istəməyən mənbə xəbər verib.
“Buraxıldığı andan kosmik aparatla əlaqə qurula bilmir, çox güman ki, orbitə çıxarıldıqdan sonra o işə düşməyib”, - TASS agentliyinin həmsöhbəti belə deyib.
Bu gün Samarada peykin qurulmasında iştirak etmiş mütəxəssislərin toplantısı keçiriləcək və peykin gələcək taleyi həll olunacaq - əlaqə yaradılmasına cəhdlər yenilənəcək, yaxud da peyk itirilmiş hesab ediləcək.
Cia.az
