|
Qobustanda avtomobil qəzası baş verib: xəsarət alan var

Qobustanda iki “VAZ” toqquşub, xəsarət alan var. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə,  Qobustan rayonunda, Bakı-Şamaxı-Yevlax yolunun 90-cı kilometrliyində “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobillər  toqquşub. Nəticədə, “VAZ 2106” markalı avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 
 
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.  
Cia.az