|
2 saat 46 dəqiqə çəkələklə qaçdı
Dünyada rekordlar çoxdur və onların arasında maraqlı, bəzən əcaibləri də olur. 
Amerikalı Keyt Lavasser də maraqlı rekord vurub. O, marafon qaçışını 2 saat 46 dəqiqə 58 saniyəyə başa çatdırıb. Qlen Berni şəhərinin 34 yaşlı sakini bu rekordu ilə “Ginnesin Rekordlar Kitabına” düşüb. Çünki o, marafonu çəkələklə başa vurub. Marafon iştirakçıları yüngül atletlər Lavasserin ayaqlarındakı çəkələkləri görəndə gülərək, ona uğurlar arzulayıblar. Baltimor şəhərində keçirilmiş 26 kilometrlik marafona qatılmış 3024 nəfər arasında Keyt 26-cı yeri tutub. 

Lavasser deyib ki, dostları ondan belə rekordu təkrarlamaq fikrinin olub-olmadığını soruşsalar da, o, belə fikri olmadığını deyib. 
Cia.az