Amerikalı alimlər insan səsini imitasiya edən və öz diapazonundan bir neçə oktava aşağı səs çıxara bilən balina tapıblar.
Ağ balina San-Diyeqo şəhərində yaşayır. “Haberturk” saytı xəbər verir ki, NOC adlı balina insan səsi çıxaran ilk dəniz məməlisi adını qazanıb. Danışan balinanı suyun altında olan dalğıclardan biri müəyyən edib. O, suyun üzərinə çıxmaq əmri eşidib. Üzə çıxanda isə təəccüblənib. Çünki oradakı insanlardan heç biri ona belə əmr verilmədiyini bildirib. Müşahidələrdən sonra müəyyən edilib ki, səsləri NOC çıxarıb. Mütəxəssislərin nəzəriyyəsinə görə, bu xüsusiyyəti o, dalğıcların keçirdiyi sualtı əlaqə testləri zamanı qazanıb. Ağ balinanın çıxardığı səslər səs siqnalından daha çox, insan danışığına bənzəyir.
Su məməliləri səsləri çıxarmaq üçün burunlarından istifadə edirlər. Xüsusi üsulla burundaxili təzyiqi dəyişirlər ki, bu da insan səsinə oxşayan səslərin çıxmasına səbəb olur.
Cia.az
