Amerikada 1-3 yaşındakı uşaqlar yanvar ayından indiyədək təsadüfən 23 nəfəri öldürüblər. Silahla oynayarkən özünü öldürən uşaqların sayı isə 9 nəfərdir.
ABŞ prezidenti Barak Obamanın çağırışlarının əksinə olaraq, fərdi silahlanma ölkəni başına götürüb. Buna görə də uşaqların qarışdığı silahlı hadisələrin qrafiki yüksəlir. Ötən həftə Milvaukeedə gənc bir ana 2.5 yaşındakı oğlu tərəfindən silahla qətlə yetirilib. Maşın sürən qadına oğlu içəridəki silahla atəş açıb. Silahlanmanın məhdudlaşdırılması üçün mübarizə aparan “Hər qəsəbə üçün silah təhlükəsizliyi” adlı qrupun apardığı araşdırmaya görə, bu il 18 yaşından kiçiklərin səbəb olduğu ən azı 77 silahlı olay baş verib.
ABŞ ştatları arasında Corcia uşaqların silaha ən çox müraciət etdiyi ştat elan edilib. Nyu-York və Kaliforniya kimi əhalinin çox olduğu ştatlarda isə uşaqların qarışdığı silahlı hadisələrin sayı olduqca azdır.
Cia.az
Cia.az
