Amerikalı Li Voçtstetter adlıq qadın ərinin ölümündən sonra 7 ilini kruizdə keçirib.
Bu barədə lenta.ru saytı “The Daily Mirror”a istinadən xəbər verir. Qadın 1997-ci ildə ərinin ölümündən sonra Floridadakı evini satıb, mərhumun “heç vaxt kruizi dayandırma” vəsiyyətindən sonra hər il səyahətə 160 min dollar sərf edir. Səyahət zamanı qadın 100-dən çox kruizdə olub. 86 yaşlı qadın deyib ki, onu daha çox Asiya ölkələri cəlb edir. Çünki ordakı həyat ABŞ-dakından qat-qat yaxşıdır. Qadının ən çox sevdiyi ölkə isə Türkiyə olub. O, hər dəfə İstanbula gedəndə “Qapalı çarşı”ya baş çəkib maraqlı geyimlər alır. Dediyinə görə, geyim məsələsində hər zaman özünə qırmızı işıq yandırır.
Çünki çox paltar alarsa, kayitda onu saxlamağa yeri olmur. 86 yaşlı qadın bu səyahətlər zamanı daha çox nəvələri və üç uşağından ötrü darıxır. O, əzizləri ilə internet vasitəsilə əlaqə saxlayır.
Cia.az
