|
Kerri: ABŞ dünyada jurnalistlərin təliminə əlavə 2,5 mln dollar ayıracaq
ABŞ  dünyada jurnalistlərin hazırlanmasına əlavə olaraq daha 2,5 mln dollar ayıracaq. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
 
“Biz bütün dünyada 750-dən çox jurnalistə təlim keçdik və daha çox jurnalistə təlim keçmək üçün cari ildə maliyyələşdirilməni daha 2,5 mln dollar artırmağı qərara aldıq”, - deyə Kerri Vaşinqtonda açıqlamasında bildirib. Onun sözlərinə  görə, ABŞ 30-dan çox ölkədə müstəqil KİV-lərə dəstək verir.
 
Kerri bəyanatını Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə verib. 
Cia.az