|
Türkiyə Avropa ölkələri ilə viza rejimini ləğv etdi

Türkiyə hökumətinin rəsmi çap orqanı olan “Resmi gazete”nin yazdığına görə, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün viza rejimi ləğv olunub.

Sərəncama əsasən, bu qayda Türkiyə vətəndaşlarına Şengen zonası ölkələrinə vizasız gediş-gəlişə icazə verildiyi gün qüvvəyə minəcək.

Sabah, mayın 4-də Avropa Komissiyası Türkiyə ilə viza rejiminin aradan qaldırılması barədə tövsiyə ilə çıxış edə bilər. Yeganə şərt Türkiyə tərəfindən Aİ ilə bağlanmış müvafiq sazişin şərtlərinin tamamilə yerinə yetirilməsidir.

Cia.az