|
“Amerikalı kürəkən” yeni quruluşda təqdim olunub

Azərbaycan Dövlət Musiqili Teatrı Xalq Artisti Ramiz Mirişlinin “Amerikalı kürəkən” ikihissəli musiqili komediyasını yeni quruluşda təqdim edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti İlham Namiq Kamaldır. Tamaşanın quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.

Rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov və başqaları ifa edib.

Ülvi sevgi hisslərindən və var-dövlət hərisliyindən bəhs edən tamaşa alqışlarla qarşılanıb.

 Cia.az