|
"Lester Siti" çempion oldu

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma keçirilib.

London derbisində "Çelsi" evdə "Tottenhem"i qəbul edib. Çempionluq iddiasını davam etdirmək üçün qonaqlar bu görüşdən mütləq qalib ayrılmalı idi.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Tottenhem" ikinci hissədə qapısında iki top görməklə qələbəni əldən verib - 2:2. Bu nəticədən sonra "Tottenhem"in lider "Lester Siti" ilə xal fərqi 7-yə yüksəlib. Belədə "Lester Siti" son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.  

 

2 may

İngiltərə Premyer Liqası, 36-cı tur

"Çelsi" - "Tottenhem" - 2:2
Qollar:
 Keyn, 35 (0:1), Henq-Min, 44 (0:2), Kehil, 58 (1:2), Azar, 83 (2:2)

Cia.az