|
Nazarovun komandası qalib gəldi
Almaniya II Bundesliqasında 32-ci turun oyunları keçirilib.
Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi  "Karlsrue" doğma meydanda "Sandhauzen"lə qarşılaşıb. 
Nazarovun komandası bu oyundan böyükhesablı qələbə ilə ayrılıb – 3:0. Start heyətində yer alan millimizin üzvü 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" hazırda 46 xalla 7-ci pillədə qərarlaşıb.
Cia.az