|
Neftin qiyməti düşüb
London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşməkdə davam edir.
Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyun qiymətləri 2,46% azalaraq bir barel üçün 44,79 dollar təşkil edib. Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyun fyuçersləri 3,21% düşərək bir barelə görə 45,85 dollara bərabər olub.
Cia.az