Odessada iki il əvvəl həlak olanların xatirə günü sakit bir şəkildə keçdi.
Bu sözləri Odessa qubernatoru Mixail Saakaşvili deyib.
"Bugünkü gün sakit keçdi. Mən Odessa sakinlərinə təşəkkür etmək və demək istəyirəm ki, siz ən yaxşılarına layiqsiniz. Siz bütün dünyaya göstərdiniz ki, bizim şəhərimiz həmişə qonaqpərvər və səmimi olub. Odessa inkişaf istəyir, insanlar gələcəyə optimist baxırlar. Odessa sülh şəhəridir", – Saakaşvili vurğulayıb.
Qeyd edək ki, iki il öncə (2 may 2014-cü il) Odessanın Sobornaya meydanında separatçılarla küçə döyüşlərindən sonra Maydan tərəfdarları Kulikovo meydanına gələrək separatçıların düşərgəsinə od vurmuşdular. Ukraynanın federallaşmasını tələb edənlər Həmkarlar İttifaqları binasına sığınaraq oradan Maydan tərəfdarlarına hücum edirdilər. Binanın yandırılması nəticəsində isə 50-yə yaxın insan həlak olmuşdu.
Cia.az
Cia.az
