Adanada 78 yaşındakı bir kişi yatağında siqaret çəkdiyi zaman özünü yandırıb.
Bu hadisədən 16 gün sonra kişi xəstəxanada dünyasını dəyişib. Hadisə oktyabrın 19-da, Adananın 19 May məhəlləsində baş verib. Sezal Acil adlı qoca siqaretdən heç cür vaz keçə bilmədiyi üçün yataqda da siqaret çəkib. Amma bir müddət sonra siqareti yatağının içinə düşüb. Acil yataq xəstəsi olduğu üçün yerindən tərpənə bilməyib. Həmin vaxt evdə kimsə olmadığı üçün yardıma da heç kimi çağıra bilməyib. Nəticədə Sezai Acilin yatağı da od tutub yanıb. Acil bir müddət yanandan sonra evə gələn uşaqları tərəfindən xilas edilib.
1-ci dərəcəli yanıq xəsarəti alan qoca 16 gün sonra dünyasını dəyişib.
Cia.az
