|
Saakaşvilinin vilayətində terror təhlükəsi

Ukraynada Odessa vilayətinin mərkəzində partlayıcı qurğu aşkar edilib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qurğu “Qazel” avtomobilinin yaxınlığında tapılıb. Hadisədə şübhəli bilinən 20 yaşlı oğlan saxlanılıb.

Hüquq-mühafizə orqanları hadisə ilə əlaqəsi olan digər şəxslərin axtarışına başlayıblar.

Virtualaz.org xatırladır ki, Odessa vilayətinin qudernatoru Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidir.

Cia.az