Bir çox insan günə qəhvə içərək başlayır. Onlar günə qəhvə ilə başladıqda özlərini yaxşı hiss etdiklərini deyirlər. Bəs görəsən bu, psixoloji haldır? Doğrudan da qəhvə insana yaxşı təsir edir? Aile.lent.az qəhvənin nə kimi faydaları olduğunu sadalayır.
1. Məlumdur ki, tərkibindəki kofein sayəsində beyni xəbərdar edərək diqqət cəmlənməsini (konsentrasiya) artırır. Konsentrasiyanı artırması ilə diqqəti toplamaq, informasiya və bilik səviyyəsinin inkişaf etdirilməsinə kömək olur. Eyni zamanda günə qəhvəylə başlamaq stressi yox edib, qan təzyiqini yüksəldir, daha enerjili, daha gümrah bir gün keçirməyə imkan verir.
2. Qəhvənin maddələr mübadiləsinin sürətlənməsində da rolu böyükdür. 3-11% aralığında maddələr mübadiləsini sürətləndirə bilmək gücünə malikdir. Bu xüsusiyyəti sayəsində qəhvə arıqlamaq istəyənlərə yemək aralarında olduqca yaxşı bir dostdur. Ancaq maddələr mübadiləsini sürətləndirir deyə həddən çox içmək də lazım deyil təbii ki!
3. Qəhvə yaxşı antioksidan qaynağıdır. Antioksidanlar bədən immunitetini qüvvətləndirərək, xəstəliklərə qarşı daha müqavimətli olmağımızı təmin edir və hüceyrələrin məhv olmasına mane olaraq yaşlanmaya qarşı da yaxşı təsir göstərər.
4. "Qəhvə sellülit yaradır" deyənləri artıq heç kim ciddi qəbul etmir. Hətta deyə bilərik ki, sellülit problemlərinin aradan qaldırılmasına da kömək edir. Bu təsiri tərkibindəki kofeinin yağ yandırıcı qabiliyyətindən irəli gəlir.
5. Depressiyaya da yaxşı təsir edən qəhvə xoşbəxtlik hormonu kimi tanınan serotonin ifraz edərək xoşbəxtlik hissi yaradır. Yazının əvvəlində qeyd etdiyimiz kimi, qəhvənin xoşbəxtliklə həqiqətən bir əlaqəsi var.
6. Adrenalin ifraz etdiyi üçün fiziki performansın da artmasında qəhvənin faydaları çoxdur.
7. Bir çox xəstəliyə də yaxşı təsir edir. Aparılan araşdırmalar sübut edib ki, xüsusilə nevroloji xəstəliklər arasında ən çox yayılan yaddaşsızlıq və parkinsonun müalicəsində kofeinin müsbət tərəfləri var. Antioksidan təsiri sayəsində xərçəng xəstəliklərinə, serroza qarşı təsiri var. Dərəcəsinə görə diabetə tutulma riskini də aşağı salır.
Qəhvənin daha bir çox faydasını saya bilərik. Ancaq təbii ki, qəhvəni də doğru miqdarlarda istifadə etmək lazımdır. Yetkin yaşlı insanların gündəlik kofein qəbulu miqdarı 300-400 mq olmalıdır. Lakin çay, şokolad kimi digər kofein qaynaqları da qəbul edilirsə, bu miqdarı azaltmaq lazımdır.
Qəhvənin zərərli tərəfləri də var:
- Həddən artıq qəhvə içmək ürəkdə ritm pozğunluğuna səbəb ola bilər.
- Çox qəhvə içmək xora, reflüks kimi mədə narahatlıqlarını artıra bilər.
- Qan dövranını sürətləndirdiyi üçün təzyiq xəstələri qəhvə içmək mövzusunda həkimlə məsləhətləşməlidirlər.
- Çox qəhvə içmək kalsium ifrazını artırır.
- Qəhvə içən zaman içinə atılan şəkərin, kremin, südün kalorilərinə diqqət etmək lazımdır. Artıq çəkidən azad olmaq istəyənlər içdikləri qəhvələrin növü, qəhvədən əvvəl və sonrakı yeməklərinə fikir verməlidirlər.
Cia.az
