|
Asəf Novruzov "Prezident təqaüdü"nə layiq görülüb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mətbuat Şurasının üzvü, “Qızıl qələm” mükafatçısı Novruzov Asəf Baxşəli oğlu prezident təqaüdünə layiq görülüb.

Asəf Novruzov 1976-cı ildə Qərbi Azərbaycanın, Amasiya rayonunda doğulub. İxtisasca hüquqşünasdır. Bu günə qədər bir neçə bədii, ədəbi, siyasi kitablar toplusunun müəllifidir. Jurnalistikada gördüyü işlərə, fəallığına və peşəkarlığına görə “Qızıl qələm” Mükafatına layiq görülüb. 2000-ci ildən təsis etdiyi “Cəmiyyət” qəzetinin baş redaktoru, eyni zamanda “Cia.az” (Cəmiyyət İnformasiya Agentliyinin) saytının rəhbəri vəzifəsində çalışır.

Ailəlidir. İki övladı var.

Qeyd edək ki, 2007-ci il avqustun 6-da prezident İlham Əliyev  yaradıcı adamların yaradıcılıq fəaliyyətini təmin etmək məqsədilə Bəstəkarlar və Rəssamlar İttifaqları, həmçinin Yazıçılar Birliyi üzvlərinə hər il prezident təqaüdünün verilməsi üçün fərman imzalayıb. Bu təqaüdü həmin qurumlardan birinə üzv olan hər kəs yalnız 1 dəfə ala bilər.

Həmkarları və dostları adından Asəf Novruzovu prezident təqaüdü alması münasibəti ilə təbrik edirik. Daha böyük uğurlar arzulayırıq!

Cia.az