|
İki erməni hərbçisi öldürüldü
Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələri iki erməni hərbçisini məhv edib. 
Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutyunyandır. Bu barədə xəbəri işğalçı rejimin mediası yayıb.
Qeyd edək ki, aprelin 29-da gecə və gündüz erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.

Cia.az