Barəsində 4 ay həbs-qəti imkan tədbiri seçilmiş Fuad Fərahim oğlu Əsgərova vəkil Ceyhun Yusifovla görüşməyə icazə vermirlər. C.Yusifov deyir ki, Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən insident zamanı 4 güllə yarası alan müvəkkili əsassız olaraq həbs olunandan sonra Prnitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib:
Vəkil deyir ki, Bakı Şəhər Prokurorluğunun istintaq qrupunun rəhbəri ona görüş üçün məktub verib. Lakin Müalicə Müəssisəinin rəhbərliyi ona müvəkkili ilə görüşmək üçün şərait yatarmır: “Penitensiar Xidmətin müalicə müəssisəsinin rəsi Elgiz İsmayılov heç bir əsas göstərmədən Fuad Əsgərovla görüşə icazə vermir. Bununla bağlı Penitensiar Xidmətin qaynar xəttinə, rejim şöbəsinə, Ədliyyə Nazirliyinin qaynar xəttinə dəfələrlə yazılı, şifahi məlumat vermişəm. Şəxsən gedib görüşə şərait yaradılması üçün müraciətlər etmişəm. Amma 4 gündür ki, görüşə imkan vermirlər. Bu müdafiəçi kimi mənim hüquqlarımın pozulmasıdır. Eyni zamanda Fuad Əsgərovun vəziyyətinin hansı durumda olmasını bilmirik. Görüşə imkan verilməməsinin məqsədini başa düşə bilmirəm”.
Vəkil ədliyyə anziri Fikrət Məmmədova müraciət edərək müvəkkili ilə görüşə şərait yaradılmasını xahiş edib:
“Hörmətli nazir!
Ümumiyyətlə, bir çox işlərdə bu cür maneələrlə mütəmadi rastlaşırıq. Müdafiə etdiyim şəxsə təqdim olunmuşam. Bir çox istintaq hərəkətləri mənim iştirakımla aparılıb. Həbs qətimkan tədbiri iştirakımla baş tutub. Müəssisə rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edir, müdafiə hüququnun gerçəkləşdirlməsinin qarşısını alır. Xahiş edirəm qanunsuzluğun qarşısının alınması üçün göstəriş verəsiniz”.
Yada salaq ki, olay aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Hüquq mühafizə orqanlarına olay haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. Açılan atəşlərdən biri səfir müavinin istifadəsində olan maşınına dəyib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Cia.az
