Norveçin Kristinsan şəhərindəki “Dyurepark” zooparkında başsız zebranı ziyarətçilərin gözü qabağında pələnglərin qabağına atıblar.
Zoopark işçilərinin bu addımı atmasına səbəb zooparkda çoxlu sayda zebranın olması idi. Lenta.ru saytının xəbərinə görə, uşaqları ilə zooparka gələn ailələr buna narazılıq etsələr də, məkan rəhbərliyi bunu olduqca məntiqli hal adlandırıb: “Bu, qəddarlıq deyil. Pələng üçün öz ovunu yemək olduqca təbii bir hadisədir. İnsanlar bunu sənədli filmlərdə də görürlər. Canlı görəndə belə reaksiya vermələri anormaldır. Şikarın müstəqil şəkildə parçalanması heyvanların dişi üçün faydalıdır”.
Bunu da zooparkın administrasiyasından bildiriblər.
Cia.az
