|
“Fənərbağça”ya texniki qələbə verildi
Türkiyə Futbol Federasiyası superliqanın 30-cu turunda keçirilən qalmaqallı "Trabzonspor" - "Fənərbağça" oyunu (0:4) barədə qərarını açıqlayıb. ANS PRESS-in məlumatına görə, oyunda baş verənlərə görə "Trabzonspor" texniki məğlubiyyətlə üzləşib.
 
TFF qarşılaşmanın nəticəsini olduğu kimi saxlamağa qərar verib. Oyunun nəticəsi 0:4 qəbul edilib. Azarkeşlərin əməllərinə isə İntizam Komitəsi qiymət verəcək.
 
Azarkeşlərin meydana kənar əşyalar atmasına, hakimə hücum etməsinə görə veriləcək cəzalar da tezliklə açıqlanacaq.  
 
Trabzon şəhərində "Hüseyn Avni Aker" stadionunda keçirilən oyunun 88-ci dəqiqəsində trabzonlu azarkeşlər meydana daxil olduğu üçün qarşılaşma yarımçıq dayandırılmışdı.
Cia.az