Rusiya DİN-in “İrkutskoe” bələdiyyələrarası idarəsinin əməkdaşları vilayət mərkəzinin itkin düşmüş sakinini axtarırlar.
“Novosti MVD Rossiya” xəbər verir ki, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlunun itkin düşməsi haqqında məlumat polisə aprelin 23-də daxil olub.
Qohumlarının sözlərinə görə, o, keçən şənbə işlədiyi mərkəzi bazara yollanıb və evə qayıtmayıb. İndiyə qədər onun harada olduğu barədə məlumat yoxdur.
Axtarılan şəxsin əlamətləri: görünüşcə 30 yaş, boyu 165-167 sm, gözləri qəhvəyi, orta bədən quruluşuna malikdir, əslən Azərbaycandandır.
Evdən çıxarkən qara rəngli gödəkçə, boz şalvar, qara dəri ayaqqabıda olub.
Cia.az
