Kristofer Uiver adlı Oreqon ştatı sakini türmədən özü kimi 31 məhkumla birgə səhər saat 11 radələrində çıxıb.
Kütləvi həbsdən azad edilmənin səbəbi isə yerli hakimiyyətin türmələri maliyyələşdirməkdən vaz keçməsi idi. İndi sözügedən türmə 500 nəfər əvəzinə 135 yerli məhkumu saxlaya bilir. Daha öncə təcavüzə görə həbs olunmuş Uiver isə həbsdən azad olunan gün “Pacific Continental Bank”a gedib və onu qarət edib. Maraqlıdır ki, həbsdən saat 11 radələrində çıxan amerikalı 11.55-də həbs edilib. Uiveri dərhal azad edildiyi türməyə geri qaytarıblar.
Uiver polisə verdiyi ilkin açıqlamada deyib ki, qarəti məhz həbs olunmaq üçün edib: “Mənə türmədən kənarda yaşamaq çətindir. Ona görə geri qayıtmaq istədim. Ən zərərsiz üsul isə bu idi - bank yarmaq”.
Cia.az
