|
Əri xəyanət etdi, balıq sendviçi ilə zəhərlədi
ABŞ-ın Florida ştatında, Bartou şəhərində bir qadın ərini balıqlı sendviçlə zəhərləmək istəyib.
37 yaşlı Beth Dickison Richards adlı qadın üçüncü dərəcədən cinayətə təşəbbüs etdiyi üçün saxlanıb. Kişi bildirib ki, həyat yoldaşı ona israrla bu sendviçi yeməyi təklif edib. O da bunun zəhərli olmasından şübhələnməyərək, həyat yoldaşının təklifini qəbul edib. Nəticədə sendviçi yeyəndən qısa müddət sonra kişi mədə bulantısı şikayəti ilə xəstəxanaya aparılıb.
 
Xəstəxanadakı ilkin müayinə zamanı kişinin zəhərləndiyi ortaya çıxıb. Qadın isə öz günahını qəbul edib. Deyib ki, əri ona bir neçə dəfə xəyanət etdiyi üçün bu formada intiqam almaq istəyib.
Cia.az