|
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. Qol.az-ın məlumatına görə, Çempionlar Liqasından fərqli olaraq bu turnirdə yarımfinalın hər iki oyunu eyni gündə baş tutacaq. Ukraynada "Şaxtyor" "Sevilya"nı sınağa çəkəcək. İspaniyanın digər təmsilçisi "Vilyareal" isə öz meydanında "Liverpul"la münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları bir həftə sonra keçiriləcək. 28 aprel Avropa Liqası, yarımfinalın ilk oyunları 23:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya) 23:05. "Vilyareal" (İspaniya) - "Liverpul" (İngiltərə) Cia.az
|
