Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasın açılışında çıxış edib.
Virtualaz.org-un məlumatına görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkünlüyündən də danışan M.Əliyeva bildirib ki, bu yalnız işğal olunmuş torpaqların azad olunmasından və məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıtmalarından sonra mümkündür: “"Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli həlli üçün işğal olunmuş Azərbaycan ərazilərini azad etmək və məcburi köçkünləri öz ata-baba torpaqlarına qaytarmaq lazımdır".
Cia.az
