|
Ermənistan və İranın müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Moskvada təhlükəsizlik forumu çərçivəsində İranın müdafiə naziri Hüseyn Dehqani ilə görüşüb.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi zonasındakı gərginlikdən narahatlıqlarını ifadə ediblər və etimad atmosferinin yaradılmasının vacibliyini vurğulayıblar.
Müdafiə nazirləri bildiriblər ki, apreldəki dörd günlük müharibənin nəticələri nünaqişənin hərb yolu ilə həllinin qeyri-mümkünlüyünü sübut edir.
Cia.az