|
"Yaxın gələcəkdə əlaqələr normala dönməyəcək" -
Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə-Rusiya əlaqələrinin yenidən normallaşması məsələsinə münasibət bildirib. 
Avropa.info xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə ilə yaxın gələcəkdə əlaqələrin normala dönməsinin gözlənilmədiyini açıqlayıb. 
“RIA Novosti”-nin yaydığı məlumata görə Rusiya XİN-i Türkiyə hökumətinin rus əleyhdarı mövqeyi səbəbilə ikitərəfli əlaqələrin yaxın gələcəkdə normallaşmasının gözlənilmədiyini bildirib. 
"Siyasi və hərbi sahələrdə bütün əlaqələr qopdu. Türkiyə hökuməti mövcud rus əleyhdarı mövqeyi, yaxın gələcəkdə ikitərəfli əlaqələrin normallaşmasını gözləməyə icazə vermir" deyə açıqlamada bildirilir.
Nazirliyin Rusiyanın 2015-ci ildəki xarici siyasət fəaliyyətlərilə bağlı hesabatında bundan başqa pilləli olaraq mənfi potensialın artdığı və bəzi ikitərəfli məsələlərdə və regional problemlərdə görüş fərqliliklərinin genişləndiyi bildirilir. 
 
Xatırladaq ki, Türkiyə-Rusiya münasibətləri sərhədi pozan rus təyyarəsinin vurulmasından sonra soyumuş və bütün sahələrdə əməkdaşlıq dayandırılmışdı. 
Cia.az