|
Kəmaləddin Heydərov Masallıda
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  29 aprel 2016-cı il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Halllar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17) 28 aprel 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 
Cia.az