|
Cəbhə xəttindəki həyətlərə top mərmiləri düşüb
Ermənilər ötən gecə Tərtərin yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutublar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakininin həyətinə düşüb. Azad Süleymanovun həyətinə düşən mərmi onun 3 baş heyvanının yaralanmasına səbəb olub.
Tərtər rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu kimi faktlarla bağlı araşdırma aparılır, mərmilərin düşdüyü yerlər müəyyənləşdirilir.
Cia.az