|
Çayları açıq göstərir deyə, küçədəki işıq lampalarını söndürür
Türkiyənin Ərzurum şəhərində ağlagəlməz bir olay yaşanıb.
Bir çayxana sahibi müştərilərini aldatmaq üçün qəribə üsula baş vurub. Dəmli, tünd çayları açıq göstərdiyi üçün küçə lampalarını ümumi elektrik xəttinə müdaxilə edərək söndürən çayçı zaman-zaman şəhəri də qaranlığa qərq edirmiş. Çayxananın yerləşdiyi küçədə tez-tez qaranlıq olmasından, küçə işıqlarının yanmamasından narazı qalan sakinlər polisə müraciət edəndən sonra bu hal ortaya çıxıb. Araşdırma nəticəsində məlum olub ki, bu, çayxana sahibinin əməlidir. O, müştərilərin “niyə çaylar tünd deyil” şikayətinin qarşısını almaq üçün belə etdiyini polisə açıqlayıb. 
Şərti adı T.R olaraq göstərilən çayxana sahibi müştərilərin narazılığını azaltmaq üçün başqa çıxış yolu görmədiyini deyib: “Çayxananın yerləşdiyi yerdə işıq dirəkləri var, axşamlar par-par yanır. Nəticədə mənim xoruz quyruğudəmlənmiş çaylarım bulanıq su kimi görünür. Hər gün müştəri narazılığına eyni qaydada cavab vermək isə yorucudur. Ona görə də çıxış yolu kimi lampaları bu formada söndürmək qərarına gəldim”.
Çayxana sahibinə inzibati cəza veriləcəyi və ya çayxanasının bir neçə gün qapadılacağı gözlənilir.
Cia.az