Aydaxo ştatında yaşayan Anderdal ailəsində 1914-cü ildən etibarən ilk dəfə qız uşağı dünyaya gəlib.
“Fox News” telekanalının verdiyi xəbərə görə, Aureliya Mari Ennon 12 apreldə dünyaya gəlib. O, dörd nəsildir qız uşağı dünyaya gəlməyən nəslin ilk qız övladıdır. Atası Skott Anderdalın sözlərinə görə, indi o, bu ailədə qız uşaqlarının necə görünə biləcəyini nəhayət ki, anlayıb. Balaca Aurelinin burnu babasının burnuna oxşayır.
Bu ilin martında Yelsk Universiteti alimləri müəyyənləşdiriblər ki, insanlarda cinsiyyət 1.5 milyon il öncə nəslin genlərinə düşən viruslar əsasında müəyyənləşir. Embrionun orqanizmi X-xromosomdakı endovirusu “söndürməyə” qadirdir.
Cia.az
