"Suonse" mövsümün sonunda baş məşqçi Françesko Qvidolinlə yollarını ayırmağı düşünür.
Goal.az xəbər verir ki, Uels təmsilçisi bu posta yenidən Brendan Rocersi gətirmək niyyətindədir.
Rocers 2010-12-ci illərdə "Suonse"də çalışıb. Namizədlər sırasında Unay Emeri, Roberto Di Matteo da var. Emeri "Sevilla"nın baş məşqçisidir. Di Matteo isə hazırda işsizdir.
Cia.az
