|
"Qərara gəlmişəm, 2-3 il toylara getməyim"
"Belə qərara gəlmişəm ki, 2-3 il toylara getməyim. Hazırda ingilis dilini öyrənməklə məşğulam". 
Cia.az-ın məlumatına görə, bu fikirləri ölkə.az-a açıqlamasında Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, xalq artisti Bilal Əliyev səsləndirib. O bildirib ki, əsas məqsədi xarici mahnıları öyrənməkdir:
 
"Ola bilər ki, xarici mahnıları öyrənəndən sonra heç toya getməyim, ancaq xarici ölkələrdə konsertlər verim". 

"Beynəlxalq səviyyədə tanınandan sonra toy qiymətində dəyişiklik edəcəksinizmi" sualına xalq artisti belə cavab verib: 

"Onu Allah bilər. Amma fikrim var ki, mən deyənlər alınsa, burada hər il 15 kasıb insanın toyunda təmənnasız oxuyum".
Cia.az