|
"Yuventus" çempionluğu rəsmiləşdirdi

"Yuventus" İtaliya A seriyasında çempionluğu rəsmiləşdirib.

Bu, ölkə çempionatının 35-ci turunda "Roma" - "Napoli" matçından sonra baş verib. "Napoli"nin sözügedən qarşılaşmada 0:1 hesabı ilə uduzmasından sonra "Yuventus"la "Napoli" arasında  12 xallıq fərq yaranıb.

Bununla da Turin təmsilçisi 2015/16 mövsümü A seriyasının bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində  ard-arda 5-ci dəfə ölkə çempionu olub.

Qeyd edək ki, "Yuventus" 35 turdan sonra 85 xalı var.

Cia.az