Türkiyədə futbol matçı zamanı hakimi döyən azarkeş cəzasız qalıb.
ANS PRESS-in məlumatına görə, həbs olunmaq tələbi ilə polis bölməsinə aparılan 17 yaşlı azarkeş ifadə verdikdən sonra sərbəst buraxılıb. Azarkeşin sərbəst buraxılması ölkədə birmənalı qarşılanmayıb.
Ötən gün Türkiyənin Trabzon şəhərində Hüseyn Avni Aker stadionunda "Trabzonspor" və "Fənərbaxça" matçında qarşıdurma yaşanıb. Oyunun 86-cı dəqiqəsində meydana axışan azarkeşlər futbolçulara və oyunu idarə edən hakimlərə hücum çəkib.
İlk öncə meydana yad cisimlər atan kütlə təhlükəsizlik xidməti əməkdaşlarına məhəl qoymayıb. Qəzəbli "Trabzonspor" tərəfdarı azerkeş kütləsi Onur Recep Kıvrakın qoruduğu qapı tərəfdən maneələri yıxaraq oyun sahəsinə daxil olub.
“Trabzonspor” və “Fenerbahçe” matçında azarkeş hakimə hücum edib.
Cia.az
