|
Bakıda evə soxulub bacı-qardaşı soydular

Paytaxtda quldurluq hadisəsi baş verib.

Aprelin 24-də Yasamal rayonu ərazisində yaşayan Bakı şəhər sakini Amil Musayevin mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs onu və bacısı Raisanı bıçaqla hədələyib oradan 560 manat pul və 3 ədəd mobil telefon aparıb.

Bu barədəvirtualaz.org-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub.

CİA.AZ