Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 70 mlrd. kubmetr qaz və 18 mln. ton kondensat hasil olunub.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya” konfransında çıxışında bildirib.
X.Yusifzadənin sözlərinə görə, 2016-cı il aprelin 1-dək "Şahdəniz" yatağından hasil olunan qazın 5 mlrd.kubmetri Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana, 39 mlrd. kubmetrdən çoxu isə Türkiyəyə nəql olunub. O qeyd edib ki, hazırda hər gün Gürcüsana orta hesabla 2,5 mln. kubmetr, Türkiyəyə 18,2 mln. kubmetr qaz ötürülür.
SOCAR rəsmisi qeyd edib ki, hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur.
Cia.az
