|
“İnter”də ömürlük müqavilə

İtaliyanin “İnter” klubu vitse-prezidenti Havyer Zanetti ilə ömürlük müqavilə imzalayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zanetti bildirib ki, o, həyatının bundan sonrakı hissəsini də “İnter”ə həsr edəcəyindən fəxr edir:

“Mən burada həm özüm, həm də ailəm üçün gözəl günlər keçirmişəm. İndi “İnter”in gələcəyi haqda düşünürəm. Komandamızı yenidən Avropa futbolunun elitasına çıxarmaq üçün hamımız çalışmalıyıq”.
Xatırladaq ki, Zanetti 20 ilə yaxın – 1995-2014-cü illərdə futbolçu kimi “İnter”də çıxış edib.

Cia.az