|
Çindəki daşqınlarda 6 nəfər itkin düşüb
Çinin cənub-qərbindəki Yunnan əyalətində sel sularında azı altı nəfər itkin düşüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Sinxua” agentliyində yer alıb.
Məlumata görə, hadisə əyalətin Lanpin rayonunda baş verib. Hazırda axtarış-xilasetmə işlərinə 260 nəfər xilasedicilər və yeddi ədəd ağır texnika cəlb edilib.
Ümumilikdə Yunnan əyalətindəki daşqında dörd nəfər ölüb, 120 nəfər isə  xəsarət alıb. Təbii fəlakət 10 şəhərə, 23 rayona və 108 qəsəbəyə ziyan vurub. Fəlakət 1800 binanı zədələyib, kənd təssərüfatına böyük ziyan vurub.
Cia.az