|
Bakının bu küçələri bağlıdır SİYAHI

Bakının bir neçə küçəsində tıxac avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Nəqliyyatı İntellektual İdarəetmə mərkəzindən (NİİM) virtualaz.org-a verilən məlumata görə, hazırda Akademik Həsən Əliyev, Səməd Vurğun, Nəsibbəy Yusifbəyli küçələrində, Azadlıq prospektində və Bakı-Sumqayıt şosesində tıxac var.

Asfalt örtüyünün yenilənməsi və digər təmir işləri ilə əlaqədar Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısı, Bəkir Çobanzadə küçəsi ilə Cəmşid Naxçıvanski küçəsinin kəsişməsi, Alfred Nobel prospekti, “ASAN Xidmət”in qarşısında hərəkət tam məhdudlaşdırılıb.

NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Cia.az