|
Neft yenidən 45 dollar səddini keçdi

Dünən axşam əhəmiyyətli dərəcədə ucuzlaşdıqdan sonra “qara qızıl”ın qiyməti yenidən artmağa başlayıb.

Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, dünya birjalarında Brent markalı neftin iyun fyuçersinin 1 barreli 45,03 dollara satılır.

Bu göstərici dünən gecə birjalar bağlanarkən qeydə alınmış rəqəmdən 0,50 dollar, yaxud 1,12% çoxdur.

Cia.az