|
Lukaşenko: Biz buyruq dalınca qaçan uşaq deyilik
Belarus prezidenti Aleksandr Lukaşenko rusları və Rusiya rəhbərliyini ölkəsinin suverenliyi və statusuna hörmət etməyə çağırıb.
O, Rusiya hakimiyyətindən Belarusa “buyruq dalınca qaçan uşaq” münasibətini kəsməsini istəyib.
“Mən istəyirəm ki, ruslar və Rusiya rəhbərliyi başa düşsünlər ki, biz onlar üçün buyruq dalınca qaçan uşaq olmayacağıq. Biz bir evdə, lakin fərqli mənzillərdə yaşayan müstəqil, suveren dövlətlərik”, - Lukaşenko bu haqda Belarus xalqına və parlamentə etdiyi müraciətdə bildirib. 
Cia.az