|
Dənizdən 400 illik paltar çıxarıldı –

Şimal dənizindən 400 ildir dənizin dibinə çökdüyü məlum olan gəmidən qızılı rəngdə paltar tapılıb.   

Həmin paltarın XVII əsrdə yaşamış İngiltərənin kral ailəsindən bir şahzadə, yaxud qrafinyaya məxsus olduğu zənn edilir. Dalğıclar tərəfindən çıxarılan qızılı rəng paltarın 400 ildir dənizin dibində olduğu bildirilib. Hollandiyalı mütəxəssislər isə tapılan paltarın kral I Çarlzın həyat yoldaşı Henrietta Mariaya və ya onun yaxın bir dostuna aid olduğunu düşünürlər. 
Paltar Hollandiyada Kaap Skil muzeyində sərgilənməyə başlayıb. 
Cia.az