Gələcəyin şagirdi olan 4 yaşlı uşaqlara anketi valideynləri ilə birgə doldurarkən “sən özünü hansı cinsdən hiss edirsən” sualına cavab vermələri tələb olunub.
İzahat isə belə olub ki, “əgər sizin uşaq özünü orta cinsə aid hiss edirsə, siz bu anketi doldurmadan bu məsələni bizim məktəbin rəhbərliyi ilə müzakirə edə bilərsiz”.
Amma şəhər rəhbərliyinin bu addımı valideynlər arasında ciddi narazılıq yaradıb. “Axı onlar böyük adam deyillər və hələ cinsi yetişkənlik dövrünə qədəm qoymayıblar. Buna görə də özlərini hansı cinsdən hiss etdiklərini bilmirlər”. Bunu da analardan biri deyib.
Britaniya parlamentinin üzvü Endryu Bridcen də yerli hakimiyyətin bu addımını anormal adlandırıb. “Məktəblərdə uşaqlara yazıb oxumağı öyrətmək lazımdır, cinsiyyətini dəyişdirməyə hazırlamaq yox”.
Amma bu etirazlara baxmayaraq, yerli hakimiyyət orqanları deyiblər ki, anketlərin doldurulması heç də vacib deyil və bu məsələnin valideynlərlə uşaqlar arasında müzakirəsi də vacib deyil. Bununla belə, qeyd edilib ki, son vaxtlar İngiltərədə özünü trans adlandıran uşaq və yeniyetmələrin sayı artıb.
Cia.az
