Ekvadorun Baş Prokurorluğu aprelin 16-da ölkədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayının 587 nəfərə çatdığını bəyan edib.
Daha çox insan itkisi Manta şəhərində qeydə alınıb - 174 nəfər. Bundan əlavə Pedernales şəhərində 172, Portovyexoda isə 116 nəfərin meyiti tapılıb.
Eyni zamanda, son məlumatlara görə, ölənlərdən 20 nəfəri xarici ölkələrin, o cümlədən Kolumbiya, Kuba, Dominikan Respublikası, Böyük Britaniya, İrlandiya, Kanada, İtaliya və Almaniya vətəndaşlarıdır.
Cia.az
