Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki. aprelin 19-da saat 17.00 radələrində Sabunçu rayonunun H.Hacıbəyov küçəsində Bakı şəhər sakini Sahil Babayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Həcər Fərhadovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş H. Fərhadova aprelin 20-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Cia.az
