|
Hava soyuyacaq, yağış yağacaq -

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Cia.az