|
Bakıda vətəndaşları aldadan iki jurnalist saxlanıldı -
Bakıda  vətəndaşları  aldadan 2 jurnalist saxlanılıb. Onlar  insanlardan xarici dövlətlərdə siyasi mühacir  statusu almaqda  köməklik  edəcəklərini vəd edərək, pul alıblar. Üstəlik bu şəxslər pul aldıqları adamların sosial şəbəkələrdəki hesablarından Azərbaycan  dövləti  əleyhinə məlumatlar da  paylaşıblar.
Ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edərək onların sosial hesablarından Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə olan məlumat yayanlar  şəxslər  saxlanılıb.
Polisin  keçirdiyi əməliyyatla  Azərbaycanın nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən Bakı şəhər sakinləri - "Mozalan" jurnalının məsul katibi Ramil Muradov və "Dövlət və ictimai fikir" qəzeti ilə "Obyektiv xəbər.com" saytının baş redaktoru Çingiz İbadov saxlanılıb.
Onlar müxtəlif şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib pullarını alıblar. Növbəti belə iş zamanı onlar, Xırdalan şəhərində bir vətəndaşdan razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən tutulublar.
Araşdırmalar zamanı  müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, böhtan xarakterli materiallar yerləşdiriblər...Eyni zamanda, müəyyən şəxslərin  guya ölkənin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə  informasiyalar  da paylaşılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:

Cia.az